Gürcü nazir Tbilisidəki Azərbaycan teatrından danışdı

Gürcü nazir Tbilisidəki Azərbaycan teatrından danışdı
22 dekabr 2017
# 10:08

“Müəyyən səbəblərə görə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün alternativ yer təklif olunub. Lakin teatr tərəfindən həmin təklif qəbul olunmadı”.

Bu sözləri Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze söyləyib.

Nazir deyib ki, teatrın yeni bina ilə təmin olunmasına dair müxtəlif təkliflər var. Hazırda SOCAR-ın da danışıqlar prosesinə qoşulduğunu söyləyən nazir bildirib: “Ümidvarıq ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə bağlı məsələ gələcəkdə müsbət həllini tapacaq”.

Qeyd edək ki, deputat Savalan Mirzəyev parlamentdəki dinləmələr zamanı Gürcüstandakı Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrındakı vəziyyətlə bağlı məsələ qaldırıb, mədəniyyət nazirindən məsələyə aydınlıq gətirməyi tələb etmişdi. /azertag.az/

# 1019 dəfə oxunub

Müəllifin son yazıları

# # #