Məşhur Britaniya yazıçısı, “Harri Potter” romanlar seriyasının müəllifi Coan Roulinq Şotlandiyada müstəqilliklə bağlı keçirilən referendumun nəticələrindən razı qaldığını bəyan edib. Kulis.Az-ın news.ru-ya istinadən verdiyi məlumata görə Şotlandiyanın Böyük Britaniyanın tərkibində saxlanılmasının tərəfdarı olan yazıçı Tvitter hesabında yazıb:
“Bütün gecəni yatmamışam, Şotlandiyanın tarixini necə həll edəcəyinə baxmışam. Əhəmiyyətli gündür, dinc demokratik proses: qürurlanmağa dəyər.”
Yazıçı əvvəllər də Birləşmiş Krallığın tərəfdarı idi və Şotlandiyada seçiciləri müstəqillik ideyasından daşındırmağa yönəlmiş Better Together kampaniyasına milyon funt vəsait vermişdi.
- "Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər
- Atasını erkən itirdi, dayısının himayəsində yaşadı, qadın əsarətinə qarşı çıxdı – Onun intiharına kim səbəb olmuşdu?
- Bizi lüt görürlər! - Aeroport işçilərinin sərnişinlərdən gizlətdiyi 10 Gerçək
“Mənim Şotlandiyanın müstəqilliyi ilə bağlı narahatlığım o demək deyil ki, mən onlara inanmıram. Şotlandiya da bütün dünyanın XXI əsrdə rastlaşdığı problemlərlə üzləşir”.
Böyük Britaniyanın bütövlüyünü musiqiçi Pol Makkartni, aktrisalar Helena Bonem-Karter, Cudi Denc, fizik Stiven Hokinq də dəstəkləyib.