Həmid Herisçinin "Solaxay"ı təqdim olunacaq

Həmid Herisçinin "Solaxay"ı təqdim olunacaq
2 may 2014
# 10:16

Mayın 3-də Həmid Herisçinin “Solaxay” kitabının təqdimat mərasimi keçiriləcək. Kulis.Azın məlumatına görə təqdimat saat 13:00-da Kitabevim.Az kitab marketində (Puşkin, 26 A, “28 May” metrostansiyasının yaxınlığı) baş tutacaq.

Kitabda eyni adlı roman yer alır. Müəllifin bildirdiyinə görə “Solaxay” adı təsadüfi deyil. Əsər həqiqətən sol əllə yazılıb. Ancaq bu, yalnız məsələnin zahiri tərəfidir. Bu başlıqda həm də Cənubi Azərbaycandakı sol hərəkatı məcazlaşdırılıb, solaxaylıq konyuktura dövrünün fərqli, seçilmiş insan keyfiyyəti kimi təqdim edilib.

Roman avtobioqrafiq xarakter daşısa da realist əsər deyil. Burada reallıqla irreallığın, aşkar görünənlərlə sirli aləmlərin əlaqəsi itir. Ötən əsrin 70-80-ci illərində baş verən ictimai-siyasi hadisələr konspiroloji yozumda verilir.

Kitab dərc olunduğu az müddət ərzində ədəbi cameənin və mətbuatın diqqətini cəlb edib.

# 2508 dəfə oxunub

Müəllifin son yazıları

# # #