Arif Əliyevin “Son çağrı” adlı kitabı nəşr olunub

Arif Əliyevin “Son çağrı” adlı kitabı nəşr olunub
13 may 2013
# 12:23

“Yeni nəsil” jurnalistlər birliyinin rəhbəri jurnalist-publisist Arif Əliyevin “Son çağrı” adlı kitabı nəşr olunub. Kulis.Azın məlumatına görə roman-reportaj janrında yazılan əsər “Altun kitab” nəşriyyatında çap edilib.

Əsərdə real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov və s.) bağlı oxucuya bəlli olmayan səhnələr, tarixi hadisələr dəqiqliklə əks etdirilir.

Kitabın annotasiyasında deyilir : « Bu tarixçədə keçmiş bugünə, bəlkə, daha çox gələcəyə qarışıb; gerçəklik – əlçatmaz görünən, son nəticədə isə ondan da güclü reallığa çevrilən arzuya; məntiq – hadisələrin ağlasığmaz axınına, az qala mistikaya; məhəbbət – ikraha, bəzən hətta nifrətə. Həyatda da belədir, onun dadı-duzu büsbütün bu həlməşiyin qatqıları arasındakı nisbətdən asılıdır ».

Əsərdə qəhrəmanların dəfələrlə üzləşdiyi bu kimi suallara cavab axtarırlar:

1. Niyə biz uşaqlıqda tez böyümək, böyük olanda uşaqlığımıza qayıtmaq istəyirik?

2. Zaman nədir? Sonsuzluğa varan düz xətmi, hüdudları olmayan okeanmı? Onu necə adlamaq, ya geriyə qaytarmaq mümkündür?

3. Media niyə həmişə “ən yaxşı xəbər – ən pis xəbərdir” deyir?

4. Hərənin həyata öz baxışı var: biri özünü qurban deyir, o biri qurban tələb edir; biri əqidə yolunda təhqirlərə dözür, o biri şəxsiyyətini qoruyur; biri qışqırır, o biri “susmaqla fəryad edir”, biri vuruşur, o biri başını götürüb gedir… Kim haqlıdır?

Kitabın qiyməti 5 manatdır. Sifarişlə (4 manat) əldə etmək üçün bu ünvana müraciət edə bilərsiz: [email protected]

# 2138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #