Azərbaycanlı rejissor Qazaxıstanda tamaşa hazırlayır

Azərbaycanlı rejissor Qazaxıstanda tamaşa hazırlayır
12 aprel 2019
# 15:48

Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda tamaşa hazırlayır.

Kulis.az-ın rejissordan aldığı xəbərə görə, Karaqanda Rus Dram Teatrında hazırlanan tamaşa F.M.Dostoyevskinin “Dayımın yuxusu” povesti əsasında səhnələşdirilib. “Dostoyevski FM: Mordasovun xronikaları” adlanan tamaşa “iki hissəli skandal-karnaval” kimi təqdim olunur.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Denis Çvetkov, Qalina Turçina, Oksana İqnatenko, Anna Abuzarova, Alyena Volox, Pavel Kondratyev, Valentina Şmatenko, Svetlana Potyemkina, Nina Kruçevic, Yuliya Ulıbışeva ifa edirlər. Tamaşanın premyerası 20-21 apreldə baş tutacaq.

# 2126 dəfə oxunub

Müəllifin son yazıları

# # #