Axundovun komediyası Moskva səhnəsində

Axundovun komediyası Moskva səhnəsində
24 aprel 2018
# 15:42

Rusiya paytaxtında dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəlişah" tamaşası göstərilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi Moskva Dövlət Teatr İncəsənət İnstitutunun səhnəsində "Müsyo Jordan və Dərviş Məstəlişah" komediyasını nümayiş etdirib.

Nümayiş MDB ölkələri teatr festivalı çərçivəsində baş tutub. Nofəl Vəliyevin quruluşunda nümayiş olunan komediya paytaxt sakinlərinin marağına səbəb olub.

# 1141 dəfə oxunub

Müəllifin son yazıları

# # #