Tarantino Hollivuddakı seks qalmaqalından danışdı

Tarantino Hollivuddakı seks qalmaqalından danışdı
20 oktyabr 2017
# 10:29

Amerika rejissoru Kventin Tarantino prodüser Harvi Vaynşteynin qadınlarla pis davranışları barədə uzun illərdir məlumatlı olduğunu etiraf edib.

Kulis.azın məlumatına görə o bu barədə “The New York Times”a müsahibəsində deyib.

“Mənim bu barədə məlumatım var idi, nəsə edə bilərdim. Bildiklərim şayiə filan da deyildi...” – Tarantino deyib.

Rejissor əlavə edib ki, əgər Vaynşteynin sataşmaları barədə eşitdiklərini yoxlayıb yəqinləşdirsəydi heç onunla işləməzdi.

“Mənim ən böyük qəbahətim budur ki, baş verənlərə əhəmiyyət verməmişəm. İndi nə desəm üzrxahlıq kimi səslənəcək.” – Tarntino əlavə edib.

Onlarla aktrisa Vaynşteyni seksual zorakılıqda ittiham edib. Seks qalmaqalının mərkəzində olan prodüser özü isə kino sahəsində çalışmağa davam edəcəyini bildirib.

Vaynşteyn “Kriminal qirayət”, “Üzüklərin hakimi”, “Günahlar şəhəri”, “Şərəfsiz əclaflar” və başqa filmlərin prodüseridir.

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #