Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının “Azərbaycan mühacir poeziyası” kitabı dərc olunub. Kulis.Azın məlumatına gör kitab Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.
Kitabdakı icmal-oçerklərdə Azərbaycan mühacirət poeziyasının araşdırılma vəziyyəti dəyərləndirilir, onun təşəkkül və inkişafının özəlliklərindən bəhs edilir.
Mühacirət poeziyamızın beş görkəmli nümayəndəsinin-Məhəmməd Sadıq Aranın, Müseyib Zəyəmin, Almas İldırımın, Alazan Baycanın və Teymur Atəşlinin yaradıcılığı haqqında isə ayrıca portret-oçerklər verilib.