Varisin kitabı ən böyük universitet kitabxanasında

Varisin kitabı ən böyük universitet kitabxanasında
28 yanvar 2014
# 13:31

Yazıçı Varisin ''Son məktub'' romanı Avropanın və Böyük Britaniyanın nüfuzlu Birmingem Universiteti kitabxanasının əsas fonduna qəbul edilib. Bu barədə universitet ofisinin vitse-kansleri Lorna Musgrave məlumat verib.

“Son məktub” romanında müxtəlif xalqlardan olan gənclərin saf sevgi hisslərindən bəhs olunur. Əsərin qəhrəmanları arasında Birmingem Universitetinin iki məzunu - ingilis qız Qloriyayla pakistanlı oğlan Pərviz obrazları da yer alıb.

''Son məktub'' romanında Xocalı soyqırımı - ermənilərin törətdikləri vəhşiliklər də yer alıb.

Birmingem Universitetin 12 kitabxanadan ibarət birləşmiş kitabxanası dünyanın ən böyük universitet kitabxanası hesab edilir. Burada Bibliyanın 1566-cı il unikal nəşri, Uilyam Şekspirin, Çarlz Dikkensin ilk dərc edilmış kitabları qorunub saxlanır.

Birmingem Universitetinin 8 məzunu Nobel mükafatı laureatıdır.

# 3011 dəfə oxunub

Müəllifin son yazıları

# # #