Opera müğənnimiz beynəlxalq festivalda

Opera müğənnimiz beynəlxalq festivalda
14 may 2018
# 12:37

Azərbaycanlı opera müğənnisi TÜRKSOYun yaranmasının 25-ci ilinə həsr olunmuş Türk Dünyası opera ulduzlarının beynəlxalq festivalında iştirak edib.

Kulis.az-ın verdiyi xəbərə görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğısıtanın təmsil olunduğu festivalda ölkəmizi soprano səsli opera müğənnisi Eleonora Mustafayevə təmsil edib.

Türkiyənin Qaziantep, Kahramanmaraş və Adana şəhərlərində baş tutan turne konsertdə klassik və türk bəstəkarlarının əsərlərinin səsləndirilib.

70-ə yaxın sənətçidən ibarət olan və məşhur dirijor Pyotr Qribanovun idarə etdiyi Qazaxıstan Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə çıxış edən Eleonora Mustafayeva Cakamo Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyasını, Cüzeppe Verdinin “Trubadur” operasından Leonoranın ariyasını və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından Gülçöhrənin ariyasını ifa edib.

# 1156 dəfə oxunub

Müəllifin son yazıları

# # #