Azərbaycanlı dramaturqun pyesi İstanbul səhnəsində

Azərbaycanlı dramaturqun pyesi İstanbul səhnəsində
25 avqust 2016
# 11:43

İstanbulun Oda (kamera) teatrının səhnəsində yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesi əsasında səhnələşdirilən tamaşanın premyerası olub.

Rejissor Elçin İmanovun quruluşunda təqdim olunan səhnə əsəri Azərbaycan dilində nümayiş olunub. Quruluşçu rəssamı Taryel Əlizadə olan tamaşada musiqi tərtibatı bəstəkar Elçin Eminə məxsusdur. Səhnə əsərində baş rolu İstanbulda yaşayan həmyerlimiz Kəmalə Kəmal ifa edib. Tamaşanın premyerasına Türkiyənin sənət ictimaiyyəti ilə yanaşı, ölkədə yaşayan Azərbaycan vətəndaşları da yaxından maraq göstəriblər.

Qeyd edək ki, afişalarda türkiyəli teatrsevərlərə “Manken” adı ilə təqdim edilən səhnə əsərinin bu gün və sentyabrın 1-də təkrar nümayişi nəzərdə tutulur.

# 1259 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #