Azərbaycanlı rejissor Almaniya teatr festivalında

Azərbaycanlı rejissor Almaniya teatr festivalında
7 may 2015
# 13:09

Rejissor və aktyor Elvin Adıgözəl Berliner Festpiele daxilindəki 52-ci "Theatertreffen" festivalının xüsusi qonağı kimi Azərbaycandan dəvət edilib. Bu Almaniyada çox önəmli və fərqli teatr festivalıdır.

Rejissorun iyi məlumata görə, o, seçilmiş 10 tamaşadan 6-a baxacaq: "Tamaşaların sırasında "Cənab R niyə havalandı?", "Üçüncü Riçard", "Ərə getməyən qadın", "Qodonu gözləmək" tamaşaları da var. Bundan əlavə hər gün müxtəlif teatr sənətçiləri ilə görüşlərimiz olur. Müasir incəsənətin teatr dünyasındakı yeri, müasir teatr, klassik əsərlərin quruluşu, fərqli səhnə oyunları barədə konfranslarda iştirak edirəm. Bu mənim üçün böyük təcrübədir, çünki məhz bu festivalda müasir və eksperimental quruluşlu tamaşalar göstərilir. Bu tamaşalar alman teatrlarının səhnələdiyi oyunlardır. Amma hər bir tamaşa böyük büdcəli və fərqli səhnə quruluşuna sahibdir".

Elvin Adıgözəl festivala Azərbaycandan teatrların dəvət almadığını da bildirib: "Çox təəssüf ki, Azərbaycanda dövlət teatrlarında tamaşa qurmaq imkanım hələ ki, yoxdur. Çünki heç bir teatrda işləmirəm və heç bir teatra dəvət almamışam. Amma inanın Azərbaycandakı teatr rejissorları mütləq müasir teatr festivallarına getməli və tamaşaları seyr etməlidir. Hazırda Azərbaycanda istedadlı teatr sənətçiləri var. Sadəcə tamaşaçı hər yerdə artıq səmimi, yeni və fərqli quruluşda olan səhnə əsərləri görmək istəyir".

# 1036 dəfə oxunub

Müəllifin son yazıları

# # #