“Səməd Vurğun mükafatı”nın sahibləri bəlli oldu

“Səməd Vurğun mükafatı”nın sahibləri bəlli oldu
30 aprel 2015
# 17:02

Səməd Vurğunun ev muzeyində “Səməd Vurğun mükafat”ının təqdimat mərasimi həyata keçirilib. Kulisin məlumatına görə mərasimdə ədəbiyyat və mədəniyyət xadimləri, incəsənət ustaları iştirak ediblər.

Səməd Vurğununun şəxsiyyəti və yaradıcılığına olan tükənməz sevgisinə, şairin ev muzeyində keçirilən tədbirlərə dəstəyinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, şairin irsinin təbliği sahəsindəki əvəzsiz xidmətlərinə görə teatrın baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova sözügedən mükafata layiq görülüblər.

Səməd Vurğun mükafatının təsis edilməsinin əsas məqsədi ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasıdır.

# 1572 dəfə oxunub

Müəllifin son yazıları

# # #