Kulis.Az İstanbul Kitab Sərgisində təmsil olunacaq

Kulis.Az İstanbul Kitab Sərgisində təmsil olunacaq
7 noyabr 2014
# 11:06

Kulis.Az internet jurnalının redaktoru, yazıçı Mirmehdi Ağaoğlu 8-16 noyabr tarixində keçiriləcək İstanbul Kitab Sərgisinə ezam olunub. Kulis.Az sərgi ilə bağlı xəbərləri, reportaj və müsahibələri operativ şəkildə oxuculara təqdim edəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunu təmsil edən şair Qismət Rüstəmovun, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzini təmsil edən yazarlar Etimad Başkeçid və Fərid Hüseynin təəssürat yazılarını da kulis.az - da oxuyacaqsınız.

1982-ci ildən keçirilən İstanbul Kitab Sərgisində bu il müxtəlif ölkələrin 850-dən çox nəşriyyatı, ABŞ, Xorvatiya, Hollandiya, İtaliya, Polşa, İrlandiya və digər ölkələri təmsil edən yazıçılar iştirak edəcək. Sərgidə 270-dən artıq tədbir, panel, söhbət və müzakirə baş tutacaq.

İstanbul Kitab Sərgəsinin builki fəxri qonağı Macarıstandır.

# 1519 dəfə oxunub

Müəllifin son yazıları

# # #