10 min kişi ilə yatdı, yaşadıqlarından kitab yazdı

10 min kişi ilə yatdı, yaşadıqlarından kitab yazdı
1 iyul 2014
# 16:54

Avstraliyanın Melburn şəhərində yaşayan Qvinet Monteneqro adlı qadın cinsi əlaqədə olduğu 10 mindən çox kişi ilə bağlı xatirələrini qələmə alıb.

Kulis.Az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə kitab “10 min kişi və daha çox” adlanır.

Monteneqro 15 il fahişəlik elədiyi müddət ərzində yaşadıqlarını kitabda yazıb. O, ümumilikdə 10 min 91 kişi ilə cinsi əlaqədə olub. Fahişə qadının yazdığı kitab İngiltərə və Avstraliyadakı bir çox nəşriyyatın marağını çəkib.

Mühafizəkar xristian ailəsində dünyaya gəldiyini deyən 36 yaşlı Monteneqro karyerasının zirvəsində ikən saata 500-1000 dollar qazanırmış.

Əvvəllər içki, narkotik və seks düşkünü olan qadın üç il əvvəl bu həyatdan uzaqlaşmağa qərar verib. 15 il ərzində işi ilə əlaqədar Avstraliyanı qarış-qarış gəzən Monteneqro qazancını bahalı paltarlar və maşınlara xərcləyirmiş.

Kitabda yazılanlara görə Monteneqro 18 yaşında ikən gecə klublarının birindəki əyləncə məclisindən sonra bir qrup kişi tərəfindən zorlanır. Bundan sonra onun həyatı dəyişir. 19 yaşında bir elanda masa üzərində rəqs edən qadın axtarıldığını öyrənir. 21 yaşında isə tanınmış fahişəyə çevrilir.

Artıq menecerlik edən Monteneqro “Bir daha əvvələ qayıtsam, eyni yolu getmərəm” deyir.

# 3880 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #