Rəşad Məcid: “Qurultayın ən böyük sürprizi...”

Rəşad Məcid: “Qurultayın ən böyük sürprizi...”
13 iyun 2014
# 16:09

Qurultaya hazırlıqlar yekunlaşmaq üzrədir. Bu sözləri Kulis.Az-a “525-ci qəzet”in baş redaktoru, AYB-nin gənclər katibi Rəşad Məcid deyib. Onun sözlərinə görə qurultaydan bir gün qabaq, ayın 16-da qonaqlar və iştirakçılar mandat və dəvətnamələrini əldə edəcəklər.

Rəşad Məcid AYB sədrliyinə namizədlərin qurultayda elan ediləcəyini deyib: Orda çıxışlar olacaq, sonra da namizədlərin irəli sürülmə prosesi ardınca isə səsvermə olacaq.

Qurultayla bağlı hər hansı bir sürpriz ola biləcəyi sualına Rəşad Məcid belə cavab verib: “Məncə ən böyük sürpriz Elxan Zalın namizədliyidir”.

Nəriman Əbdülrəhamlının istefa verdiyi halda nümayəndələr siyahısında olmağına Rəşad Məcid belə aydınlıq gətirib: “Siyahı Nəriman Əbdülrəhmanlının istefasından əvvəl hazırlanıb. Həm də faktiki olaraq o, AYB üzvü olaraq qalır”.

# 2173 dəfə oxunub

Müəllifin son yazıları

# # #