Nüsrət Kəsəmənlinin oğluna 8 il 4 ay iş verildi

Nüsrət Kəsəmənlinin oğluna 8 il 4 ay iş verildi
19 may 2014
# 10:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənliyə hökm oxunub

Kulis.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, A.Kəsəmənliyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə 8 il 4 ay müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, ötən ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbsxana həyatı yaşamaq məcburiyyətində qalıb. Sentyabrın 17-də A.Kəsəmənliyə qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.

İlk gündən etibarən mətbuatda A.Kəsəmənlinin günahsız yerə həbs olunması ilə bağlı xəbərlər yer alıb. Həbsxanada cəza çəkdiyi müddətdə onun idmanla məşğul olması, namaz qılması, dinə bağlılığı, ümumiyyətlə, narkotikdən istifadə etməməsi deyilirdi.

Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

# 1628 dəfə oxunub

Müəllifin son yazıları

# # #