Cavid Zeynallının Sumqayıtda imza günü keçirilib

Cavid Zeynallının Sumqayıtda imza günü keçirilib
22 aprel 2014
# 11:24

Sumqayıt şəhər 31 saylı orta məktəbdə gənc yazar Cavid Zeynallı ilə görüş keçirilib. Kulis.Az-ın məlumatına görə, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gənc yazarların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində baş tutub.

Layihənin rəhbəri Türkan Rəhimova görüş iştirakçılarını salamlayaraq bildirib ki, gənc yazarların imza günlərini keçirtməkdə məqsəd gənclər arasında kitaba olan marağı artırmaq və gənc yazarların tanıdılmasına nail olmaqdır.

Gənc yazar Cavid Zeynallı ədəbi yaradıcılıq fəaliyyəti, yeni nəşr olunan “Leyla” romanı ilə bağlı görüş iştirakçılarını məlumatlandırıb və oxucuların suallarını cavablandırıb.

Tədbirin sonunda Cavid Zeynallı “Leyla” romanını oxucular üçün imzalayaraq hədiyyə edib.

# 1954 dəfə oxunub

Müəllifin son yazıları

# # #