“Kitablar yandırılmasın” aksiyası keçiriləcək

“Kitablar yandırılmasın” aksiyası keçiriləcək
27 yanvar 2014
# 11:38

Fevral ayının 2-də (Saat 12-19) Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında “Kitablar yandırılmasın” adlı aksiya keçiriləcək. Aksiyanın məqsədi son zamanlar kitabları müxtəlif səbəblərdən evdə, anbarlarda yığılıb qalan müəlliflərin kitablarını ucuz qiymətə satmaqdır. Bildiyiniz kimi, bir müddət öncə ölkədə bir nəşriyyat və bir müəllif kitabları satılmadığı üçün yandırmışdı. Ona görə də aksiyaçılar olaraq belə düşünürük:

“Əziz oxucular, tələbələr.

Son zamanlar ölkədə iki kitabyandırma aksiyası oldu.

Biz düşünürük ki, kitablar yandırılmamalı və pulsuz paylanılmamalıdır.

Onun üçün “Kitablar yandırılmasın” aksiyasını başladırıq.

Kitabları müxtəlif səbəblərdən evində yığılıb qalan müəlliflərə səslənirik:

Bu aksiyaya qoşulun və kitablarınızı maya dəyərinə satın!

Eyni zamanda evinizdə olan və daha sizə lazım olmayan, amma tələbələrə və digər kateqoriyadan olan oxuculara gərəkli olan bu kitabları gəlin ucuz qiymətə sataq.

Buna görə də, fevralın 2-si (bazar günü) saat 12-19 aralığında Vətəndaş Həmrəyliyi Partiyasının ofisində (X.Rüstəmov küç 1210 məh) “Kitablar yandırılmasın” aksiyası çərçivəsində kitab satışı təşkil olunacaq”.

Oxucular və media dəvətlidir.

Əlaqədar şəxslər:

Dilqəm Əhməd (050 567 92 16)

Röyalə Məmmədova (055 696 79 39)

# 1756 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #