Vasif Süleymanın yeni kitabının təqdimatı keçirilib

Vasif Süleymanın yeni kitabının təqdimatı keçirilib
5 dekabr 2013
# 16:18

“Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru, şair Vasif Süleymanın “Bu, ömürdür mən dediyim, nağıl yox” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində keçirilən tədbiri giriş sözü ilə “Azərbaycan dəmiryolçusu” qəzetinin əməkdaşı Ziya Zakiroğlu açıb. Sonra tədbir iştirakçıları kitab haqqında fikirlərini bölüşüblər.

Sonda Vasif Süleyman çıxış edərək hər kəsə minnətdarlığını bildirib və oxuculara avtoqrafla kitab bağışlayıb.

Qeyd edək ki, kitab şair Məmməd İsmayılın “Növbədənkənar yazı və ya hər kitab sevinəni tapır” adlı ön sözü ilə açılır. Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlər, “Uçurum” poeması və publisistik yazıları toplanıb.

Vasif Süleyman 1965-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür. “Sevgi atılandan sonra başlayır” adlı kitabı 1993-cü, “Eşq ol, dərgahına səcdəyə gəlim” adlı kitabı isə 2003-cü ildə çap olunub. Şeirləri Türkiyənin mətbu orqanlarında çap edilib, sözlərinə musiqi bəstələnib.

# 1862 dəfə oxunub

Müəllifin son yazıları

# # #