Tolstoyun 90 cildliyi internetə yerləşdiriləcək

Tolstoyun 90 cildliyi internetə yerləşdiriləcək
8 iyul 2013
# 09:10

Dahi rus yazıçısı Lev Tolstoyun 90 cildlik külliyyatı hazırda elektron formata köçürülür və tezliklə tolstoy.ru saytına yerləşdiriləcək.

"Весь Толстой в один клик" (Tolstoyun bütün yaradıcılığı bir düyməni basmaqla) adlanan layihəni yazıçının Yasnaya Polyanadakı malikanə-muzeyi reallaşdırır.

Kötücəsi Fekla Tolstaya deyib ki, Tolstoy öz əsərlərini mənfəət güdmədən yaymağı vəsiyyət edib. Və bu layihəni gerçəkləşdirməklə yazıçının nəslindən olanlar onun son istəyini yerinə yetirmiş olurlar.

İyunun 18-də ABBYY şirkətinin dəstəyilə icrasına başlanan layihə istənilən şəxsə Tolstoyun bütün əsərləri ilə tanış olmaq imkanı yaradacaq.

Mətnlərin elektron formata salınması ilə könüllülər məşğul olsa da, onların 3 etapda yoxlanması nəzərdə tutulub.

Oxuzalı.az

# 1327 dəfə oxunub

Müəllifin son yazıları

# # #