Çinlə birlikdə cizgi filmi çəkəcəyik

Çinlə birlikdə cizgi filmi çəkəcəyik
7 sentyabr 2015
# 14:52

Azərbaycanda cizgi filmlərinin sənayesinin inkişaf etdirilməsi üçün yeni addımlar atılacaq.

Bu barədə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat yayıb. Məlumatda deyilir ki, artıq Azərbaycan Türkiyə və Çinlə daha keyfiyyətli cizgi filmlərinin istehsalı üçün danışıqlar aparır.

Bununla yanaşı yaxın gələcəkdə cizgi filmlərinin istehsalı üçün yeni texnika alınacaq. Eyni zamanda, yeni kadrların hazırlanması da planlaşdırılır.

Qeyd edək ki, hazırda “Azərbaycanfilm”də bir çizgi filminin çəkilişləri gedir. /snet.az/

# 992 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #