Tərcümə Mərkəzi Beynəlxalq Kitab Sərgisində olub

Tərcümə Mərkəzi Beynəlxalq Kitab Sərgisində olub
27 sentyabr 2014
# 10:37

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud 24-27 sentyabr tarixində İsveçin Höteborq şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinə qatılıb.

Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn mətbuata rəsmi açıqlamasında bildirib ki, sərgi çərçivəsində İsveç Akademiyasının, Stokholm Kultur Radet Mədəniyyət Şurasının, Bonnier Agency və Noisteads Nəşr evinin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı təcrübə mübadiləsi, İsveç və Azərbaycan ədəbiyyatının seçilmiş nümunələrinin antologiyalarının tərtib və nəşr məsələləri müzakirə edilib.

Həmçinin, 2015-ci ilin sentyabrında baş tutacaq növbəti İsveç Beynəlxalq Kitab Sərgisində Azərbaycan kitablarının və təsviri sənətinin sərgilənməsi nəzərdə tutulan stendə də yer ayrılacağı bildirilib.

# 1891 dəfə oxunub

Müəllifin son yazıları

# # #