Teatr xadimlərimiz  Rusiyada mükafatlandırıldı

Teatr xadimlərimiz  Rusiyada mükafatlandırıldı
25 noyabr 2013
# 17:38

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov və baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının təqdimatı ilə K.S.Stanislavski adına mükafata - Stanislavskinin yubileyi medalına layiq görülmüşlər. Kulis.az-ın teatrdan aldığı xəbərə görə, teatrın direktoru M.Həmidov Azərbaycan Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə və qastrol səfərlərinin təşkili sahəsində göstərdiyi yüksək təşkilatçılıq qabiliyyətinə görə, baş rejissor B.Osmanov isə İsveç dramatuqu L.Nurenin “Mən gəldim, qızlar!” (“Müharibə”) tamaşasına verdiyi yüksək səviyyəli quruluşa görə layiq görülmüşlər.

Məlumat üçün bildirək ki, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bu ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikasının Milli Dram Teatrında

qastrol səfərində olmuş və 3 tamaşa ilə uğurla çıxış etmişdir. Sözügedaən mükaat teatr xadimlərimizə qastrolun

uğuru nəticələrinə görə verilmişdir.

# 1727 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #