Kann mükafatı almış film Bakı kinoteatrlarında

Kann mükafatı almış film Bakı kinoteatrlarında
8 noyabr 2013
# 11:35

Kann mükafatına layiq görülmüş "Adelin həyatı" filmi paytaxt kino zallarında göstərilir. Kulis.az-ın Parkcinema kinoteatrlar şəbəkəsinin saytına istinadən verdiyi xəbərə görə, film noyabrın 13-dək repertuarda olacaq. Xatırladaq ki, Abdellatif Keşişin "Adelin həyatı" filmi bu il Kann festivalının baş mükafatını - "Qızıl Palma Budağını" qazanıb. Filmin baş qəhrəmanı olan 15 yaşlı Adel uşaqları sevir və gələcəkdə müəllimə olmaq istəyir. 18 yaşının tamam olmasına az qalmış bir vaxtda Adel saçları mavi rəngə boyanmış bir qızla tanış olur və onu sevməyə başlayır. "Adelin həyatı" Fransa yazıçısı Jüli Maronun "Mavi Mələk" adlı kitabının motivləri əsasında çəkilib.

Filmin nümayişinə 18 yaşdan yuxarı olan tamaşaçılar buraxılır.

# 2010 dəfə oxunub

Müəllifin son yazıları

# # #