Ən çox vergi verən aktyorların adı açıqlandı

Ən çox vergi verən aktyorların adı açıqlandı
30 sentyabr 2013
# 15:13

İstanbul Vergi İdarəsi 2012-ci ildə ən çox vergi ödəyən sənət adamların siyahısını açıqlayıb.

Kulis.az-ın məlumatına görə, tanınmış simaların yer aldığı 25 nəfərlik siyahıda olan 5 nəfər adını açıqlamaq istəməyib.

Siyahıda olmayan tanınmışlar da az deyil.

Siyahıya 1 milyon 800 min dollarla tanınmış prodüser Acun Ilıcalı rəhbərlik edir. Məşhur aktyor Cem Yılmaz 1 milyon 350 min manatlıq ödəmə ilə ikinci sıradadır. Üçüncü yerdə müğənni Seda Sayan qərarlaşıb, 880 min manatlıq ödəmə ilə.

Siyahıda məşhur “Beyaz şou” verilişinin aparıcısı Beyazit Öztürk, Ajda Pekan, Kıvanc Tatlıtuğ, “Kurtlar vadisi” serialındakı Aslan Akbey rolundan tanıdığımız Akif Selcuq Yöntəm, Kenan İşık, Ali Ata Demirer, Sibel Can, Petek Dinçöz, Hülya Avşar, Kenan Doğulu, Okan Bayülgen, Sərdar Ortaç, Gülse Birsel kimi simalar var.

Maraqlıdır ki, 25 nəfərlik siyahıda Mehmet Ali Erbil, Nurgül Yeşilçay, Beren Saat, Halit Ergenç, Necati Şaşmaz kimi tanınmışların adı yoxdur. Halbuki 2011-ci ildəki siyahıda bu şəxslərin də adı vardı.

# 3832 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #