Aqil Abbas “Şöhrət” ordeni ilə təltif olundu

Aqil Abbas “Şöhrət” ordeni ilə təltif olundu
1 aprel 2013
# 23:07

Yazıçı Aqil Abbas “Şöhrət” ordeni ilə təltif olunub.

Kulis.Az-ın "AzərTAC"a istinadən verdiyi məlumata görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2013-cü il.

Qeyd edək ki, bu gün yazıçı Aqil Abbasın 60 yaşı tamam olur.

# 2287 dəfə oxunub

Müəllifin son yazıları

# # #