Cümə məscidi ən yaxşı memarlıq abidəsi seçilib

Cümə məscidi ən yaxşı memarlıq abidəsi seçilib
28 iyun 2019
# 15:13

“Travel” portalı Avropanın 10 memarlıq möcüzəsinin siyahısını tərtib edib. Siyahıda birinci yeri hazırda Roma Katolik Kilsəsinin yerləşdiyi Meskita və ya Kordova Cümə Məscidi tutur.

VIII əsrdə inşa edilmiş bu məscid Əməvilər dövrünün görkəmli abidələrindən biridir.

VIII əsrdə Əməvilər xilafəti İspaniyanı işğal edib, İslamın “Qızıl dövründə” isə orada gözəl məscidlər və saraylar tikilib. Orta əsrlərdə Meskita dünyada ikinci ən böyük məscid olub.

Rekonkista hərəkatından sonra Kordova məscidi xristian kilsəsinə çevrilib və hazırda Vatikan tərəfindən idarə edilir. Mavritaniya memarlığının heyrətamiz gözəlliyə malik olan bu nümunəsi hər il minlərlə turisti cəlb edir./azertag.az/

# 2618 dəfə oxunub

Müəllifin son yazıları

# # #