Lütfi Zadəyə həsr edilmiş tamaşaya ictimai baxış olub

Lütfi Zadəyə həsr edilmiş tamaşaya ictimai baxış olub
13 aprel 2018
# 16:25

Aprelin 13-də Gənc Tamaşaçılar Teatrında isveç yazıçısı Fridrix Dürremattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşaya ictimai baxış keçirlib.

Teardan Kulis.aza verilən xəbərə görə, tamaşa dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunub.

Tamaşanı rus dilindən Dilsuz Mustafayev tərcümə edib. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev, Kərəm Hadızadə, Güşvər Şərifova, Mirzə Ağa Mirzəyev, Rövşən Abbasov, Məhərrəm Musayev, Elgün Yəhyayev və başqaları canlandırır.

Tamaşa 2018-ci il may ayının 26-da teatrsevərlərin ixtiyarına veriləcək.

# 1825 dəfə oxunub

Müəllifin son yazıları

# # #