Fahişəxana qadınlarına heykəl qoyuldu

Fahişəxana qadınlarına heykəl qoyuldu
25 sentyabr 2017
# 10:44

San Fransiskoda Müqəddəs Mariya meydanında XX əsrin birinci yarısında yapon hərbi fahişəxanalarında zorla saxlanılan qadınlara heykəl qoyulub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, heykəl Koreyadan olan Kim Xaksunu təsvir edir. Kim Xaksun yaşadıqları haqda ictimai şəkildə danışmaq cəsarəti tapan ilk “əyləncə qadını”dır.

Heykəlin açılışında yapon hərbi fahişəxanalarının qurbanlarından biri də iştirak edib.

Tarixçilərin araşdırmalarına görə, Koreya yarımadasından, Çindən və Cənub Şərqi-Asiyadan 200-ə yaxın qadın yapon hərbçilərinin fahişəxanalarında işləməyə məcbur edilib.

Bundan əvvəl “əyləncə qadınları”nın əks olunduğu kinolent tapıldığı deyilirdi.

# 1150 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #