Beynəlxalq kino dərgisi “Nar bağı”ndan yazdı

Beynəlxalq kino dərgisi “Nar bağı”ndan yazdı
3 iyul 2017
# 12:54

“Nar bağı” filmi Karlovı Varı film festivalının “Qərbin şərqi” müsabiqəsi çərçivəsində nümayiş olunub. Kulis.azın məlumatına görə müsabiqənin açılış mərasimində göstərilən filmin nümayişi tamaşaçıların diqqətinə səbəb olub.

Filmin rejissoru İlqar Nəcəf Karlovı Varı şəhərinin sakinlərinin də festivalın baxışlarında aktiv iştirakından və kinoya bağlılığından valeh olduğunu bildirib.

“Nar bağı”na ilk resenziyanı yazan “Screendaily” dərgisi filmin Karlovı Varı Film Festivalının “Qərbin şərqi” müsabiqəsinin açılış filmi olmasının, beynəlxalq festivallarda Azərbaycandan olan filmlərin azlığı fonunda “Nar bağı” filminə böyük marağa səbəb olacağını yazır. Operator Ayhan Saların işinin özəlliyini qeyd edən məqalənin müəllifi filmin müasir zəmanəmizin itirilmiş əxlaqına qarşı ittiham aktına çevrildiyini qeyd edib.

“Nar bağı” filmi “Azərbaycanfilm” kinostudiyasının və “Buta Film” kino şeirkətinin birgə istehsalıdır. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

# 1618 dəfə oxunub

Müəllifin son yazıları

# # #