Payıza həsr olunmuş musiqi gecəsi keçiriləcək

Payıza həsr olunmuş musiqi gecəsi keçiriləcək
5 sentyabr 2016
# 11:33

Sentyabrın 8-də Bakıda “Payız gəldi” adlı retro musiqi gecəsi keçiriləcək.

Konsert proqramı gənc vokal ifaçısı Novruz Bəxtiyarlı və gitara ifaçısı Kamil Hüseynovun iştirakı ilə baş tutacaq. “Le Chateau music bar”da keçiriləcək konsertdə hər kəs iştirak edə bilər.

Konsert çərçivəsində bir sıra dünya bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan musiqi nümunələrinə də müraciət olunacaq. /AzərTac/

# 1055 dəfə oxunub

Müəllifin son yazıları

# # #