“Titanik”in bəstəkarı təyyarə qəzasında öldü

“Titanik”in bəstəkarı təyyarə qəzasında öldü
23 iyun 2015
# 10:11

“Titanik” filminin bəstəkarı Ceyms Horner Amerikanın Kaliforniya ştatının cənubunda təyyarə qəzası zamanı həlak olub. Kulisin xarici mətbuata istinadən verdiyi xəbərə görə Hornerin adına qeydiyyatdan keçmiş təkmotorlu təyyarədə bircə pilot olub.

Qəza nəticəsində o, həlak olub. Pilotun kimliyini müəyyən etmək olmasa da Hornerin vəkili açıqlama verərək deyib: “Ölən Horner olmayasdı, heç olmaya zəng edib sağ olduğunu bildirərdi.”

Bəstəkarın ölümünü onun şəxsi köməkçisi Silviya Patrisiya da təsdiq edib. “Biz böyük ürəyə, inanılmaz istedada malik bir insanı itirdik...” - Patrisiya öz Facebook səhifəsində belə yazıb.

Horner ən məşhur kino bəstəkarlarından hesab olunurdu. İki nominasiya üzrə Oskar mükafatına layiq görüldüyü “Titanik” filmindən başqa o, “Cəsur ürək”, “Payız əfsanəsi”, “Zəka oyunları” kimi filmlərin musiqilərini də bəstələyib.

# 864 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #