“Ədəbi mühit cin bazarına oxşayır” – OXUCU

 “Ədəbi mühit cin bazarına oxşayır” – <span style="color:red;">OXUCU
25 sentyabr 2014
# 11:24

Kulis.az “Oxucu” layihəsini davam etdirir. Layihədə ədəbiyyatla bağlı suallarımızı oxucular cavablandırır.

Digər yazı:

"6 yaşımdan bu yana əlimə nə keçibsə oxumuşam"

- Əvvəlcə Tanış olaq...

- Musayev Murad. Ağdamda doğulmuşam. İnşaatçıyam.

- Kimləri oxumusan və oxuyursan?

- Əvvəllər daha çox mütaliə edirdim. Konkret ad çəkmək istəmirəm. Dünya və bizim ədəbiyyatın ən məşhur imzalarını... Son illər iş-güc o qədər çox olur ki, kitaba vaxt qalmır. Amma arada olur. Məsələn, sonuncu dəfə Şərif Ağayarın “Xanım T.” kitabını oxudum və zövq aldım.

- Deyirlər yaxşı yaddaşın var.

- Həəə (gülür)...

- Ən çox kimdən şeir bilirsən?

- Ramiz Rövşəndən.

- Əzbərləyirsən, yoxsa şeir özü yadında qalır?

- Oxuyuram, bəyəndimsə, özü yadımda qalır, əzbərləməyə ehtiyac olmur. Demək olar ki, şeir girir beynimə və başlayır məni narahat etməyə...

- Və paylaşırsız, qiraətçi kimi deyirsiz...

- Həəə... (gülür)

- Səsiniz də gözəldir, şeir demək üçün. Bir neçə kompozisiyanız yayılmışdı sosial şəbəkədə...

- Sağ olun. Hə. Arada olur... Orda da seçimim Ramiz Rövşəndir. Onun şeirlərini deməyi də sevirəm.

- Ədəbiyyatda da yerlilərinizi çox istəyirsiniz, deyəsən…

- Çünki, mədəniyyətimiz yerlilərimin qoyduğu təməllər üzərində dayanıb. Özünüz bilirsiz... Ad çəkməyə ehtiyac yoxdur.

- Oxucu gözü ilə ədəbi mühitimiz necə görünür?

- Oxucu gözü ilə baxanda, ədəbiyyatımız indi cin bazarına oxşayır. Qarışıqlıqdır, hər kəs eyni malı fərqli təriflərlə qışqıraraq “satmağa” çalışır sanki...

- Kitabxananız varmı?

- Kitablarım kitabxana sayılacaq qədər olmaya bilər. Amma müəyyən qədər var.

- Sevdiyiniz jurnalistlər kimlərdir?

- Vüsalə Məmmədova, İradə Tuncay, İlqar Resul və az sayda bir neçə nəfər daha...

- Bu dəfə Qarabağ çevrəsi də daraldı... Yalnız Ağdam oldu...

- Olsun. Yalan danışım?

- Səncə ədəbiyyatımız niyə dünyaya çıxa bilmir?

- Çünki bu yöndə iş düzgün aparılmır. Az sayda istedadlı adamların isə maddi gücü yetmir.

- Bizdə Nobelə layiq yazar kimdir sizcə?

- Məncə bizdə belə bir yazar hələ ki yoxdur. Elə bir əsər yazılmayıb hələ…

- Müsahibə üçün sağ olun…

- Siz də sağ olun.

# 3383 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #