“Yarat» bu gün beynəlxalq festival keçirir

“Yarat» bu gün beynəlxalq festival keçirir
15 mart 2013
# 10:21

Bu gün mart ayının 15-də “Yarat” müasir incəsənət məkanında ““PARTICIPATE" Baku Public Art ” adlı yeni layihənin təqdimedilməsi keçiriləcək. Kulis.Az-ın məlumatına görə layihə çərçivəsində Azərbaycan və xarici rəssamların 10 əsərini özündə cəmləşdirən festival keçiriləcək.

"PARTICIPATE" Baku Public Art layihəsinin məqsədi, müasir şəhərlər üçün "Public Art"ın rolu və əhəmiyyəti haqqında müəyyən təsəvvürləri təkmilləşdirmək, həmçinin Azərbaycanda müasir incəsənət anlamını daha da dərinləşdirməkdir. Azərbaycan, Rusiya, Böyük Britaniya, ABŞ, Gürcüstan və Hollandiyadan olan rəssamların əsərləri növbəti altı ay ərzində şəhərimizin müxtəlif yerlərində nümayiş etdiriləcəkdir.

Festival əsərləri sırasına ABŞ-dan yaradıcı qrur Rebarın səyyar, fiziki güc ilə hərəkət etdirilə bilən rark - "PARKCÜCLE", Hollandiyadan Florentin Hofmanın hava ilə doldurulmuş nəhəng "REZİN ÖRDƏK" və Azərbaycandan Afət Bağırovanın fəlsəfi-etiraf əsərləri daxil edilmişdir. Festivalı xarakterizə edən əsas cəhətlərdən biridə onun mühazirələrlə, seminarlarla, master-klasslarla müşayiət olunmasıdır.

"PARTICIPATE" Baku Public Art festivalın açılışı "Bulyon" qrurun "Mənzil 9" əsərinin təqdimatı ilə olacaqdır. Rəssamlar festival qonaqlarının sərbəst hərəkətlərini məhdudlaşdıraraq tam bir mənzili ağ rəngə boyayacaqlar. Bu təqdimat ictimai məkanda şəxsi azadlıq təəssüratlarını yaradacaq və izləyiciləri Sovet və post-Sovet dövrlərinin reallıqlarına aparacaqdır. Rəssamlara görə, "Sovet İttifaqı dövründə ictimai məkan anlayışı mövcud olmamışdır. "İctimai məkan" anlayışı siyasi təbliğatın aparılması məqsədilə istifadə olunmuşdur.

Yerli, Azərbaycan rəssamlarının təqdim edəcəyi layihələr festivala gələn tamaşaçıların iştirakını nəzərdə tutur. Afət Bağırova tərəfindən yaradılan, Bakı şəhərində yaşayan və işləyən insanlarının həyatını əhatə edən "Sirrini Mənə Söylə" əsərində tamaşaçılara qulaq şəklində qurulan quraşdırma təqdim edilir. O, tamaşaçılara öz sirlərini danışmaq, eyni zamanda əsərin digər tərəfində yerləşən qulaqlıqlar vasitəsilə müxtəlif insanların sirlərinə qulaq asmaq imkanını yaradır.

Fərhad Haqverdiyev isə Bakıda ən özəl və ən baxımsız sayılan məkandan - arxa məhəllədən bəhs edəcək. Azərbaycan paytaxtında bina fasadlarının bəzədilməsinə cavab olaraq, rəssam çox zaman nəzarətsiz buraxılan özəl sahələri əlvan rənglərə boyamaqla, həyətlərə ictimai marağın artırılmasına nail olmağa çalışır.

"PARTICIPATE" Baku Public Art festivalı 6 ay ərzində texniki üslubuna və mənasına görə fərqlənən çoxsaylı ictimai tədbirlər keçirməklə Bakı şəhərində müəyyən dəyişiklər etmək qərarına gəlib.

Festivalda iştirak edən rəssamlar, şəhər əhalisi ilə ünsiyyət yaratmaqla sosial və yaradıcılıq baxımından təkmilləşdirmə işlərini həyata keçirmək niyyətindədir.

# 1860 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #