Aktyor olmaq istəyənlərə “YARAT”dan müjdə

Aktyor olmaq istəyənlərə “YARAT”dan müjdə
24 avqust 2017
# 11:08

“YARAT” Müasir İncəsənət Mərkəzində keçirilən “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr ediləcək.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, mövzu ilə bağlı avqustun 25-dən 27-dək düşərgədə xüsusi proqram təqdim olunacaq. Proqramı istedadlı teatr rejissoru İlaya Faiq aparacaq və avqustun 27-si yekun tamaşa göstəriləcək.

Qaydalar dəyişməyib: 8-17 yaş arasında uşaq və yeniyetmələr öz nənə-babaları ilə proqramda iştirak edə bilərlər. Qeydiyyatdan keçmək üçün 050 246 92 92 nömrəsinə zəng etmək və ya [email protected] elektron ünvanına müraciət etmək lazımdır. İştirak pulsuzdur.

# 1011 dəfə oxunub

Müəllifin son yazıları

# # #