Azər Mirzəyev ürək tutmasından vəfat edib

Azər Mirzəyev ürək tutmasından vəfat edib
19 iyul 2014
# 10:04

Əməkdar artist Azər Mirzəyev vəfat edib. Lent.azn məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov “İnstagramsəhifəsində yazıb: “Azər Mirzəyev, Allah rəhmət eləsin”.

Aktyorun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. 62 yaşında dünyasını dəyişən aktyorun cənazəsi böyüdüyü Sabirabad rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

# 2204 dəfə oxunub

Müəllifin son yazıları

# # #