Yazıçı Rövşən Yerfinin “Penitensiar Lövhələr” adlı növbəti nəsr kitabı işıq üzü görüb.
“Zero” nəşriyyatında çap olunan kitabda uzun illər Penitensiar Xidmətin əməkdaşı olaraq çalışmış müəllifin cəzaçəkmə müəssisənin həyatına dair əhvalatlarla bağlı hekayələri, qadın cəza evindən bəhs edən “Həbsxana bənövşəsi” adlı pyesi və bir müsahibəsi yer alıb.
Müəllif kitaba yazdığı ön sözə bu sözlərlə başlayır: “Mən sizə cəzaçəkmə yerləri, həbsxana həyatı, oralarda baş verənlər, dünya içərisində “dünyanın”, dövlət içərisində “mini dövlətin” özünəməxsus xüsusiyyətləri barədə qısa söhbətlər etmək istəyirəm. Bu kitab qısa desəm, Penitensiar sahəyə aid son illərdə yazdığım kiçik həcmli yazılarımın hesabatıdır".”.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabı "Akademiya" Kitab Mərkəzindən, "Akademkitab"dan. "Yeraltı", "Bukinist", "Kitab Klubu" və "28 may" metrosunun ətrafındakı mağazalardan 2 manata əldə etmək mümkündür.
Həbsxana həyatından daha bir maraqlı kitab
Müəllifin son yazıları
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL
17:15
12 oktyabr 2026
"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları
17:00
12 oktyabr 2026
Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"
16:45
12 oktyabr 2026