Azərbaycan filmi İsveçrə kinofestivalında

Azərbaycan filmi İsveçrə kinofestivalında
26 iyul 2013
# 16:25

Avqustun 7-də İsveçrənin Lokarno şəhərində keçirilən 66-cı beynəlxalq kinofestivalı 1946-cı ildən etibarən təşkil olunur. Bu kino bayramının bir özəlliyi filmlərin nümayişlərinin açıq hava altında təşkil olunmasıdır. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, bu il avqustun 17-dək davam edəcək 66-cı Lokarno beynəlxalq festivalının müsabiqə proqramında Azərbaycan filmi də yer alıb.

Gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” adlı tammetrajlı bədii filmi festivalın rəsmi müsabiqə proqramına daxil edilib və filmin dünya premyerası məhz festival çərçivəsində olacaq.

Kinofestivalın müsabiqə proqramına 16 film daxil edilib. “Adari Films Productions” şirkətinin məhsulu olan filmin prodüseri İradə Bağırzadədir. Eyni zamanda, “Arizona Productions” (Fransa) və “Vita aktiva” (Rusiya) şirkətləri ilə filmin postprodakşn işləri görülüb.

Azərbaycan Prodüserlər Gildiyasının “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan “Adari Films” şirkətinin altı qısametrajlı novelladan ibarət “Motivlər...” layihəsi çərçivəsində çəkilişlərə start verilib. Layihə üzrə ilk olaraq Rüfət Həsənovun “Bazar günü” filmi lentə alınacaq. Sözügedən layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən dəstəklənir.

# 1654 dəfə oxunub

Müəllifin son yazıları

# # #