Samux səhnəsində narkomaniyaya yox dedilər

Samux səhnəsində narkomaniyaya yox dedilər
5 dekabr 2017
# 15:06

Dekabrın 5-də Samux rayon Heydər Əliyev Mərkəzində “Biz narkomaniyaya yox deyirik” adlı teatr layihəsi həyata keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, layihə Marat Haqverdiyevin “Məhəbbət və ag ölüm”adlı əsəri əsasında , Mədəniyyət və Turizm Nzirliyi və yerli İcra Hakimiyyətinin dəstəyi ilə C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı tərəfindən həyata keçirilib

Layihənin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir.

Layihənin quruluşçu rejissoru Nicat Qərib, tərtibatçı rəssamı Vahid Mürsəliyev, bəstəkarı Çingiz Xəlilovdur. Layihədə əməkdar artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurəliyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Tural Xəlilov iştirak ediblər.

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #