Xalq artisti Fəxrəddin Manafov Milli Kino Günündə sevənləri ilə görüşəcək.
Görüş avqustun 2-də “Yarat” Müasir İncəsənət Mərkəzində baş tutacaq.
Aktyor Milli Kino Gününü pərəstişkarları ilə birlikdə qeyd edəcək, ona ünvanlanan sualları cavablandıracaq, sevənləri ilə şəkillər çəkdirəcək.
Daha sonra mərkəzdə 1993-cü ildə görkəmli kinorejissor Rasim Ocaqov tərəfindən çəkilən "Təhminə" filmi nümayiş olunacaq.
Bildiyiniz kimi, F.Manafov əsas obrazlardan biri olan Zauru canlandırıb.