Beynəlxalq Monreal Film Festivalı başladı

Beynəlxalq Monreal Film Festivalı başladı
26 avqust 2016
# 10:14

Hər il ənənəvi olaraq təşkil olunan Beynəlxalq Monreal Film Festivalında Türkiyə bu il qonaq ölkə qismində iştirak edəcək.

Anadolu xəbər agentliyinin məlumatına görə, Kanadada keçirilən festivalın müsabiqə bölümünə türk filmləri də qatılacaq.

Belə ki, “Rüzgarda salınan Nilüfer” filmi “World Film Competition” bölümündə , “Toz”, “Yemekteydik ve Karar Verdim” filmləri, “First Films” bölümündə, "Yaktın Beni" filmi isə “Regard” bölümündə yarışacaq.

Sentyabrın 5-dək davam edəcək festivalda İsabelle Adjani və Willem Dafoe kimi dünya şöhrətli Hollivud ulduzlarının da iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan filmləri ötən illərdə sözügedən film festivalında iştirak edərək, müxtəlif nominasiyalarda uğur qazanıb. Bu il isə filmlərimiz festivalda nümayiş olunmayacaq.

# 837 dəfə oxunub

Müəllifin son yazıları

# # #