Dekabr ayında Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Tədbirlər planında C. Zeynalovun Akademik Milli Dram Teatrında yubiley tədbirinin keçirilməsi də nəzərdə tutulub.
Teatrdan bildiriblər ki, yubiley mərasimi çərçivəsində “Cahangirdən Cahangirə” adlı bədii layihə üzərində iş aparılıb.
- Azərbaycanda tək aktyorluq film çəkildi
- İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu
- "İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov
Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında tamaşa hazırlanıb.
Səhnə əsərinin baş rolunda C. Novruzov çıxış edəcək.