Xavyer Bardem və Penelopa Kruz yeni filmdə

Xavyer Bardem və Penelopa Kruz yeni filmdə
19 may 2015
# 12:46



Aktyor Xavyer Bardem dünyaca məşhur narkotik qaçaqmalçısı Pablio Eskobarın həyatı haqqında çəkiləcək filmdə oynamağa razılaşıb. Kulisin Hurriyet.com-a istinadən verdiyi xəbərə görə aktyorun həyat yoldaşı Penelopa Kruz da filmdə oynayacaq.

Kolumbiyalı narkotik qaçaqmalçısı Pablo Eskobar narkotikdən əldə etdiyi qazanca görə 1989-cu ildə Forbes dərgisində “Dünyanın ən zəngin adamı” elan edilmişdi. Kolumbiya parlamentinə deputat seçilən Eskobar siyasi gücü sayəsində uzun müddət həbs edilməyib. Eskobarın ordusu belə var imiş. Deyilənə görə, o qədər varlı imiş ki, dağ evində üşüyən qızını isitmək üçün iki milyon dollar nağd pulu yandırıb.


“Eskobar” adlanacaq filminin ssenarisini 2008-ci ildə adı “İspaniyada ən çox satılan kitablar” siyahısında olan, Pablo Eskobarın bioqrafiyasının yer aldığı 'Loving Pablo, Hating Escobar' kitabını yazan Virginia Vallejo və ssenarist Fernando Leon Ataona yazacaq.

# 881 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #