Yeni milli komediya filmi təqdim olunacaq

Yeni milli komediya filmi təqdim olunacaq
31 mart 2015
# 14:28


Aprelin 7-də Nizami Kino Mərkəzində “100 kağız” komediya filminin premyerası keçiriləcək.

Mərkəzdən Kulisə verilən məlumata görə komediyanın rejissoru Şahin Zəkizadədir. Ekran işində xalq artistləri Arif Quliyev, Valeh Kərimov, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, aktyorlar Bəhram Bağırzadə, Azər Axşam, Elnur Kərimov, Nicat Kazımov və müğənni Roza Zərgərli rol alıb.


Filmin süjet xətti 100 manatlıq əsginas üzərində qurulub. Əsginas əldən-ələ keçərək, sahibini dəyişir. Sahiblər isə maraqlı obrazlardır: həkim, yol polisi, müğənni, falçı, molla və başqaları.


# 1567 dəfə oxunub

Müəllifin son yazıları

# # #