Türkiyədə Xocalı haqqında roman çap olundu

Türkiyədə Xocalı haqqında roman çap olundu
13 yanvar 2015
# 16:09

Türkiyənin “Cinius” nəşriyyatında “Hocalının Kurdeleli Anahtarı” (“Xocalının Lentli Açarı”) adlı romanı çap olunub. Kitabın müəllifləri gənc yazar Ziyad Quluzadə və Dilbər Quliyevadır. Roman Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun dəstəyi ilə çap olunub.

“Hocalının Kurdeleli Anahtarı” romanı erməni qəsbkarları tərəfindən Xocalıda törədilmiş bu soyqırımı psixoloji-postmodern ədəbiyyat prizmasından “Kollaj” və “dekanstruskiya” edilərək, tarixi hadisələrdə Kafka və klassik ədəbi qəhrəmanların da iştirak etdiyi bir tablo yaratmışdır.

Kitab Türkiyədə bir çox kitab mağazasında və aparıcı internet satış mağazalarında oxucuların ixtiyarına verilib.

“1992-ci ilin soyuq fevral axşamı, cibindəki lentli açarıyla Eldar Kətik meşəsində qaçarkən sadəcə bircə şeyi düşünürdü...

Kafka, Xocalı şəhərindəki həmin kiçik otaqda nəyini unutmuşdu?
Ermənilər körpə uşaqları çox sevirlər. Bəlkə də ona görə Nigarın körpəsini iki hissəyə bölən Karo indi xoşbəxtdir.

“Qırmızı Şapqalı Qız” Maralın ən yaxın dostuydu. Mənim dostum isə Alisa idi. “Möcüzələr Diyarından”... Onunla çox yaxşı yola gedirdik. Bircə cibimdəki lentli açar öz sehrini itirmişdi... Yoxsa ki, hövlnak evə qayıdar Karo adlı o erməniyə kiçik otaqdakı xəzinəni oğurlamaq üçün qapını qırmasın deyə xəbərdarlıq edə bilərdim.
O, gizli xəzinəni tapıblarmı? Yoxsa, hələ də həmin kiçik otaqda mənim yolumu gözləyir?

Bu sətirləri oxuyan “Ey oxucu!” sən ermənilərdən eşitdinmi? Həmin kiçik otağı, mənim gizli xəzinəmi tapdılarmı?”

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #