Dünyanın qibtə olunan subay kişiləri SİYAHI

Dünyanın qibtə olunan subay kişiləri SİYAHI
9 iyul 2014
# 12:44

“People” jurnalı dünyanın ən qibtə olunan subay kişilərinin siyahısını açıqlayıb. Kulis.Az-ın xarici saytlara istinadən verdiyi məlumata görə siyahıya “Əsl qan” serialındakı roluna görə tanınan Co Manqanello başçılıq edir.

İkinci yerdə cazibədar aktyor və rok müğənnisi, Oskar mükafatçısı Cared Letodur. O, eyni zamanda klip rejissorudur.

Növbəti yeri 22 yaşlı ingilis müğənnisi Sem Smit tutur.

İlk onluqda daha sonra “Vampirin gündəlikləri” serialından tanınan aktyor Yen Somerholder, müğənni, 7 dəfə Qremmi mükafatı laureatı Aşer, Latın Amerika müğənnisi Riki Martin, avstraliyalı aktyor Liam Hemsvort, amerikalı aktyor Stiven Makkuin, idmançı əkizlər Tayler və Kemeron Uinklvosslar var.

Siyahını şahzadə Harri yekunlaşdırır.

# 1561 dəfə oxunub

Müəllifin son yazıları

# # #