Fellinin şəkilləri əsasında film çəkilir

Fellinin şəkilləri əsasında film çəkilir
17 iyun 2014
# 10:37

“Ilüzionçu” cizgi filminin yaradıcısı, fransız animatoru, rəssam Silven Şome italyan rejissoru Federiko Fellininin çap olunmamış iş qeydləri və şəkilləri əsasında animasiya filmi çəkmək niyyətindədir. “Min mil” adlanan filmi Böyük Britaniyada, Thing adlı animasiya studiyasında istehsal olunacaq. Kulis.azın xəbərinə görə, filmin 2015-ci ildə ekranlara çıxacağı gözlənilir.

Film özündə bədii kinonun və Multiplikasiyanın simbiozunu birləşdirəcək. Əsas rolu italyan şahzadəsi Emanuel Filiberto ifa edəcək. o, “min mil” adlanan avtomobil yarışında iştirak edən yaşlı qrafı oynayacaq. Filmdə yarışla paralel olaraq, qraf gəncliyini xatırlayacaq və həyat təcrübəsini bölüşəcək. əsas aktyor heyəti beynəlxalq ulduzlardan ibarət olacaq. Filmin bir hissəsi bir vaxtal Fellinin ən məşhur filmlərinin – “Şirin həyat” və “Səkkiz yarım”ın- çəkildiyi Cinecitta kinostudiyasında çəkiləcək.

Federiko Fellini “Yol”, “Kabiriya gecələri”, “Səkkiz yarım”, “Amarkord” filmlərinə görə Oskar alan holivuddan olmayan azsaylı rejissorlardandı. Fellini həmçinin dünya kinosuna verdiyi töhfələrə görə də “Oskar” mükafatına layiq görülüb.

# 1463 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #