Məşhur aktyor: “Atam homoseksual olub”

Məşhur aktyor: “Atam homoseksual olub”
30 may 2014
# 10:48

Məşhur aktyor Robert de Niro atası haqda “Sənətkar haqda xatirələr” adlı sənədli film çəkib.

Kulis.az-ın məlumatına görə, aktyorun atası Robert de Niro məşhur heykəltəraş və abstraksionist rəssam olub.

Filmin premyerası iyunun 9-da Amerikada olacaq.

Filmdə Robert de Niro atasının homoseksual olduğunu deyib.

Aktyorun atası 1922-ci ildə Amerikanın Sirakyus şəhərində anadan olub. Rəssamlıq məktəbində təhsil alarkən tələbə yoldaşı Virciniya Admiral ilə evlənib. Robertin doğulmasından bir neçə il sonra cütlük ayrılıb. Əsas səbəb rəssamın arvadına gey olduğunu etiraf etməsi olub.

Aktyorun dediyinə görə, atası onları tərk eləsə də, onunla yaxın olub və çox sevib.

Robert deyib: “Atam haqda film çəkmək mənim borcum idi. Onun haqda çox şeyi bilmirdim”.

Ata de Niro Nyu-Yorkda 71 yaşında vəfat edib.

# 3328 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #