“Sarıköynəklə Valehin nağılı” səhnədə

“Sarıköynəklə Valehin nağılı” səhnədə
30 may 2014
# 10:44

Azərbaycan Dövlət GəncTamaşaçılar Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcəkdir.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, Yeni səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın ictimai baxışı iyun ayının 10-da saat 16.00-da, premyerası isə 15 iyun saat 19.00-da baş tutacaqdır.

# 1797 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #